Cəlal Hüseynovun komandası pley-offda!
Cəlal Hüseynovun komandası “Arda” Konfrans Liqasında pley-offa yüksəldi.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geydiyi Bolqarıstanın “Arda” klubu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununda Litvanın “Kauno Jalgiris”ini qəbul edib. Doğma meydanda keçirilən qarşılaşmada “Arda” 2:0 hesabı ilə qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıb. Cəlal Hüseynov matçın tamamında oynayıb.
Qeyd: Komandalar arasında ilk görüşdə də “Arda” səfərdə 1:0 hesabı ilə üstünlük əldə etmişdi.
Pley-offda “Arda”nın rəqibi Polşanın “Rakuv” klubu olacaq. İlk oyun avqustun 21-də səfərdə, cavab görüşü isə avqustun 28-də Bolqarıstanda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved