Daniel Rikkardo "RB"dən getdi
"Formula-1" pilotu Daniel Rikkardo "RB" komandasını tərk edib.
90plus.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisi məlumat yayıb.
Avstraliyalı pilotu Liam Louson əvəzləyəcək. Yeni zelandiyalı sürücü gələn ilin sonunadək "RB"də çıxış etmək hüququ qazanıb.
Hələlik Rikkardo gələcək karyerası ilə bağlı açıqlama verməyib. Onun komandanın səfiri olmaq ehtimalı var.
Qeyd: Daniel 2017-ci ildə ilk Azərbaycan Qran-prisinin qalibi olub.
© Copyright 2026, All Rights Reserved