Deşam hücum xəttindən narazı qalıb
Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün ilk oyununda Avstriyaya 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.
90plus.az xəbər verir ki, Deşam hücum xəttindən razı qalmayıb:
"Futbolçularımın oyunundan razıyam. Hər şeyi daha əvvəl bitirmək imkanlarımız var idi, lakin asan matç yoxdur. Hücumda əla oyunçularımız olsa da, hər şeyi yaxşı bacarmadıq. Hücumda daha dəqiq olmalı idik. Amma əsas odur ki, turnirə qələbə ilə başladıq. Bu, qorumalı olduğumuz yaxşı vərdişdir.
Mən həmişə demişəm ki, Kilianla Fransa komandası həmişə daha güclü olur. Xəbər yaxşı olmasa, onsuz da döyüşəcəyik. Kilian Kiliandır. O, oynadığı istənilən komandanı daha güclü edir".
Qeyd: Fransa Avro-2024-də növbəti matçını iyunun 21-i saat 23:00-da Niderlanda qarşı keçirəcək.
© Copyright 2026, All Rights Reserved