Dünya Çempionatı: Ya “Barsa”, ya “Liverpul” olacaq
Ya “Barselona”, ya da “Liverpul” 2025-ci il klublararası dünya çempionatında Meksikanın “Leon” komandasının əvəzinə turnirdə çıxış edə bilər.
90plus.az xəbər verir ki, FIFA “Leon”un əvəzinə yarışa kimin qatılacağını hələ dəqiqləşdirməyib. Bununla belə, Meksika klubunun yerinə bu TOP klublardan biri tutacaq.
Qeyd: FIFA “Leon”u klublararası dünya çempionatından azad edib. Buna səbəb onun yarışda iştirak esən Meksikanın “Paçuka” klubu ilə eyni sahibinin olmasıdır.
Klublararası dünya çempionatı 15 iyun – 13 iyul aralığında ABŞ-də baş tutacaq.
© Copyright 2026, All Rights Reserved