Dünya Kuboku: “Bayern Münhen” 1/4-də!
Harri Keynin dublu və ”Bayern Münhen” Braziliya klubu "Flamenqo"nu məğlub edərək Klublararası DÇ-nin 1/4 final mərhələsinə yüksəlir.
90plus.az xəbər verir ki, 5 iyulda möhtəşəm bir qarşıdurma yaşanacaq: PSJ ➖ Bayern Münhen.
Flamenqo 2-4 Bayern Münhen
E. Pulgar 6' (ö.q)
H. Keyn 9', 73’
Gerson 33'
L. Qoretzka 41'
Jorjinyo 55' (Pen.)
Qollar:
https://t.me/doxsanplus/104698
https://t.me/doxsanplus/104701
https://t.me/doxsanplus/104702
https://t.me/doxsanplus/104707
Matçın analizi: 31 yaşlı Harri Keyn iki qol vuraraq komandasını növbəti mərhələyə daşıyan əsas fiqur oldu. Görüş ABŞ-ın Mayami şəhərindəki “Hard Rock” stadionunda baş tutdu və matç boyu gərgin mübarizə müşahidə olundu.
Alman nəhəngi üçün oyun ideal başladı. Flamengolu Pulqar artıq 6-cı dəqiqədə avtoqol müəllifi oldu. Cəmi üç dəqiqə sonra isə Keyn sol ayağı ilə küncə dəqiq zərbə vuraraq hesabı 2:0 etdi.
Braziliyalılar tezliklə toparlandı. Qapıçı Manuel Noyer Luiz Arauxonu inanılmaz qurtarışla dayandırsa da, 33-cü dəqiqədə kapitan Gerson uzaq məsafədən qüvvətli zərbə ilə fərqi azaltdı.
“Bayern” cavabını çox gözlətmədi – 41-ci dəqiqədə Leon Qoretska uzaqdan baxımlı zərbə ilə fərqi yenidən 2 topa yüksəltdi.
İkinci hissəyə "Flamenqo" fəal başladı. “Bayern”in yeni transferi Maykl Olise cərimə meydançasında topa əllə oynadı və Jorjinyo penalti zərbəsini dəqiq yerinə yetirdi – 3:2.
Lakin əsas sözü yenə Keyn dedi. İngiltərə millisinin kapitanı 75-ci dəqiqədə fərqlənərək komandasının 4-cü qolunu vurdu və yekun hesabı müəyyənləşdirdi.
Bu nəticə ilə "Flamenqo"nun 11 oyunluq məğlubiyyətsiz seriyası da başa çatdı. “Bayern Münhen” isə indi Lionel Messi və Luis Enrikenin komandası PSJ ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved