Elmar Baxşıyev: “Komanda şəklində bərk olmalıyıq”
Elmar Baxşıyev: “Məğlubiyyətdən nəticə çıxarmalıyıq”.
90plus.az xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya”ya iki oyunun nəticəsinə görə (0:4, 0:5) məğlubiyyəti şərh edib. Mütəxəssis Kipr klubunun daha təcrübəli və güclü olduğunu etiraf edib:
“Hər avrokubok mövsümü və oyunları iştirakçı komandalar üçün faydalıdır. ‘Araz-Naxçıvan’ bu yarışda yeni komandadır. Məğlubiyyətlərdən nəticə çıxarsaq, gələcək üçün faydalı olacaq. Rəqibi təbrik edirik, layiqli qələbə qazandılar.”
“İqor Ribeironun yoxluğu bəhanə deyil”
Baxşıyev komandasının səhvlərini fərdi yox, ümumi oyunla əlaqələndirib:
“İkinci hissədə müdafiə xəttində müəyyən dəyişikliklər etdik. Ancaq məğlubiyyəti İqor Ribeironun yoxluğu ilə bağlamazdım. Komanda şəklində daha çox səhvlər etdik. Qarşımızdakı rəqib də iki oyuna görə daha keyfiyyətli idi. İqor artıq bizim oyunçu deyil, onunla bağlı planımız yoxdur.”
“Daha bərk komanda olmalıyıq”
Baş məşqçi qarşıdakı hədəfin komandanın ümumi oyun keyfiyyətini artırmaq olduğunu vurğulayıb:
“Təlim-məşq toplanışında bu sistemdən istifadə etmişdik və hər iki sistemə öyrəşmişik. Daha çox komanda şəklində bərk olmalıyıq.”
© Copyright 2026, All Rights Reserved