Emin Mahmudov: “Əlimizdən gələni edəcəyik"
Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveç yığmasına qarşı UEFA Millətlər Liqasının qrup mərhələsi oyunundan öncə mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, kapitan öncə İsveçlə əvvəlki oyun barədə danışıb:
"Bəli, həmin matçı milli karyeramda ən yaxşı oyunlardan biri saymaq olar. İnşallah, əlimizdən gələni edəcəyik ki, sabah da yaxşı oyun göstərək və nəticə qazanaq".
Yeni baş məşqçi Fernandu Santuş barədə: "Hələ ki, cəmi 1 məşq keçmişik. Vaxtımız çox az idi. Çalışacağıq ki, baş məşqçinin tapşırıqlarını yetinə yetirək.
Baş məşqçinin istəyi odur ki, kampakt oynayaq. Diqqətli olaq, səhvlərə mümkün olduğu qədər az yol verək. Sabahkı matçda əlimizdən gələni edəcəyik".
"Neftçi"də işlərin qaydasında getməməsi ilə bağlı: "Klubda əhval-ruhiyyə yerində deyil. Amma mən klubdakı problemləri heç vaxt milliyə gətirmirəm. Milliyə gələndə ancaq komandaya kömək etməyi düşünürəm. Problem olsa belə, millidə hər şeyi kənara qoymalıyıq".
Qeyd: Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsveç oyunu sabah saat 20:00-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved