Erməni klubu Avroliqada Cəbəllütariq təmsilçisinə uduzdu
Erməni komandası NOAH bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi "Linkoln"a məğlub oldu.
90plus.az xəbər verir ki, bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində cavab oyunları keçirilib. İlk oyunda Cəbəllütariqdə 1-1 hesablı heç-heçəyə razılaşan komandalar ikinci oyunda qolsuz bərabərliklə oyunu uzatmalara apardılar. Burada da qol səsi çıxmayınca cütün taleyi penaltilərə qaldı.
Penaltilərdə daha dəqiq oynayan "Linkoln" NOAH-ı yolundan kənarlaşdıra bildi.
© Copyright 2026, All Rights Reserved