“Fənərbağça” Duyğu Özdin üçün 1907 şarı göyə buraxdı
“Fənərbağça” mərhum azarkeşinə duyğulandıran jest etdi.
90plus.az xəbər verir ki, “Fənərbağça” mövsümün ilk matçında vəfat edən sadiq azarkeşi Duyğu Özdinin xatirəsini yad edib.
Xərçəng xəstəliyinə qarşı mübarizəsi ilə tanınan 35 yaşlı Duyğu Özdin sosial şəbəkədə “Xərçəngi məğlub etsəm, Kadıköydə göyə şarlar buraxarıq” paylaşımı ilə yadda qalmışdı.
Təəssüf ki, xəstəlik onu hayata qaytara bilmədi və o, 21 iyul 2025-ci ildə dünyasını dəyişdi.
İstanbul klubu verdiyi sözü unutmadan “Feyenoord”la oyundan əvvəl 1907 şarı onun xatirəsinə göyə buraxıb.
“Fənərbağça” rəsmi hesabından yayımladığı mesajda belə yazıb:
“Bir gün sağalsam, Kadıköydə göyə balonlar buraxılsın, demişdin… 1907 balon, ilk oyunda sənə verdiyimiz sözlə göyə qalxdı. Duyğu Özdin, həmişə qəlbimizdəsən.”
VİDEO: https://t.me/doxsanplus/106100
© Copyright 2026, All Rights Reserved