"Fənərbağça" Edson Alvarezi heyətinə qatdı
Yeni mövsümə çempionluq hədəfi ilə hazırlaşan "Fənərbağça" transfer çalışmalarını davam etdirir. Klub son olaraq İngiltərənin "Vest Hem Yunayted" komandasında çıxış edən meksikalı yarımmüdafiəçi Edson Alvarezin heyətə qoşulduğunu rəsmi olaraq açıqlayıb.
90plus.az xəbər verir ki, sarı-göylər rəsmi saytları vasitəsilə verdikləri açıqlamada Alvarezin icarə əsasında komandaya cəlb edildiyini bildiriblər. Ulduz futbolçu ailəsi ilə birlikdə İstanbulda gəlib.
Açıqlamada aşağıdakı ifadələr yer alıb:
Transfer məlumatı
"Klubumuz Edson Alvarezin icarə əsasında transferi ilə bağlı 'Vest Hem Yunayted' klubu ilə prinsipial razılıq əldə etmişdir.
Futbolçu tibbi müayinədən keçmək və transfer danışıqlarını yekunlaşdırmaq üçün İstanbula dəvət olunmuşdur.
İctimaiyyətə hörmətlə təqdim edirik."
Ötən mövsüm "Vest Hem Yunayted"in heyətində 31 rəsmi oyuna çıxan Edson Alvarez 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi mövsüm ərzində sabit performansı ilə diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved