"Fənərbağça"da ayrılıq - Mourinyo getdi
“Fənərbağça”da Joze Mourinyo dövrü başa çatdı.
90plus.az xəbər verir ki, “Fənərbağça"nın 2024–2025 mövsümündən etibarən baş məşqçi vəzifəsində çalışan Joze Mourinyo ilə yollarını ayırıb. Klubun rəsmi açıqlamasında qeyd olunub ki, portuqaliyalı mütəxəssisin xidmətlərinə görə təşəkkür edilir və gələcək karyerasında uğurlar arzulunur.
Bu qərar “Fənərbağça”nın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya məğlub olaraq əsas turnirdən kənarda qalmasından sonra verilib.
"Fənərbağça" rəhbərliyi məşqçi üçün 15 milyon avro təzminat ödəyəcək.
Joze Mourinyonun “Fənərbağça” karyerası:
62 oyun; 37 qələbə; 14 heç-heçə və 11 məğlubiyyət.
Ali Koç dönəmində “Fənərbağça”da işləyən baş məşqçilər:
Filip Kok, Ersun Yanal, Erol Bulut, Emre Belözoğlu, Vitor Pereira, İsmayıl Kartal, Jorge Jesus və Joze Mourinyo.
© Copyright 2026, All Rights Reserved