"Fənərbağça"dan Kərəmə 4 illik müqavilə
90plus.az xəbər verir ki, "Fənərbağça" türkiyəli futbolçu Kərəm Aktürkoğlunun transferini reallaşdırmaq üzrədir. Klubun "Benfika" ilə apardığı danışıqlar davam edir. Artıq 25 yaşlı futbolçunun "Fənərbağça" ilə imzalayacağı müqavilənin detalları bəlli olub.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Kərəm Aktürkoğlu "Fənərbağça" ilə 4 illik müqavilə imzalayacaq. Ulduz futbolçunun illik 5 milyon avro maaş alacağı, bonuslarla birlikdə bu məbləğin 6 milyon avroya qədər yüksələcəyi bildirilir.
Məlumata görə, Kərəmin transferi "Fənərbağça"nın "Feyenoord" ilə keçirəcəyi qarşılaşmaya qədər tamamlanmayacaq. Lakin İstanbul təmsilçisi mərhələni keçəcəyi təqdirdə, futbolçu pley-off oyunlarında meydana çıxa biləcək.
"Fənərbağça" rəhbərliyi transferi yaxın günlərdə rəsmən açıqlayacaq.
© Copyright 2026, All Rights Reserved