"Fənərbağça"nın Kərəm transferi "Qalatasaray"dan asılıdır - 5 gün vaxt
"Fənərbağça" Kərəm Aktürkoğlunu transfer etdi, "Qalatasaray" şoku yaşana bilər.
90plus.az xəbər verir ki, "Fənərbağça" Portuqaliyanın "Benfika" klubunda çıxış edən Türkiyə millisinin üzvü Kərəm Aktürkoğlunu rəsmən heyətinə qatdığını açıqlayıb.
"Benfika" klubundan verilən məlumata görə, Kərəm Aktürkoğlunun transferi üçün öncədən razılaşdırılmış üstünlük hüququ "Qalatasaray"a bildirilib. İddialara görə, "Qalatasaray" bu üstünlük hüququndan istifadə etmək üçün 5 gün ərzində cavab verməlidir.
Əgər "Qalatasaray" bu 5 günlük müddətin sonunadək gözləməyi seçərsə, "Fənərbağça" üçün ciddi bir risk ortaya çıxacaq. Belə ki, UEFA Avropa Liqasına iştirak edəcək komandaların oyunçu siyahısı 2 sentyabr tarixinədək təqdim edilməlidir. Bu isə "Fənərbağça"nın Kərəm Aktürkoğlunu siyahıya əlavə etmək imkanını təhlükə altına sala bilər.
Transferin maliyyə detalları da məlum olub. "Fənərbağça" bu keçid üçün "Benfika"ya 22.5 milyon avro transfer haqqı ödəyəcək. Şərtlərə əsasən, əlavə olaraq 2.5 milyon avro bonus ödənişi də nəzərdə tutulur.
Hazırda gözlər "Qalatasaray" rəhbərliyinin verəcəyi qərara yönəlib. Klubun Kərəm Aktürkoğlu üçün bu transferdə son söz sahibi olub-olmayacağı yaxın günlərdə bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved