Futbolda yeni qayda tətbiq olunacaq - QAPIÇILARIN NƏZƏRİNƏ
Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qapıçılarla bağlı yeni qaydanı təsdiqləyib.
90plus.az bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yeni qaydaya görə, əgər qapıçı topu əlində 8 saniyədən artıq saxlayarsa, rəqib komanda künc zərbəsi ilə mükafatlandırılacaq. Bu dəyişiklik növbəti mövsümdən etibarən tətbiq olunacaq.
Xatırlatma: Əvvəlki qaydalara əsasən, qapıçı topu əlində 6 saniyədən artıq saxlaya bilməzdi. Lakin oyun zamanı bu qaydaya ciddi nəzarət olunmurdu. Əvvəllər qayda pozuntusu qeydə alındıqda, qapıçıya sarı vərəqə verilə və ya rəqib komandanın xeyrinə sərbəst zərbə təyin oluna bilərdi.
© Copyright 2026, All Rights Reserved