Gənc idmançılarımız Osiekə yerləşdilər
Azərbaycan gimnastları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək məqsədilə Xorvatiyanın Osiek şəhərinə yollanıblar.
90plus.az xəbər verir ki, gənc idmançılarımız artıq Osiekdə yerləşdikləri hoteldə məskunlaşıblar.
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin rəhbəri Həsənağa Rzayev Osiekdə idman gimnastlarımızla görüş keçirib. O, gimnastlarla söhbət edərək mövcud şəraitlə maraqlanıb. Həmçinin, məşqçilərlə fikir mübadiləsi aparan MOK rəsmisi komandamıza qarşıdakı yarışlarda uğurlar diləyib.
Xatırlatma: Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar iyulun 22-də start götürəcək və “Qradski Vrt” zalında keçiriləcək.
© Copyright 2026, All Rights Reserved