“Göndərmək istəsələr, gərək məni öldürsünlər”
”Real Madrid”in oyunçusu Fede Valverde klubdan ayrılması ilə bağlı kəskin açıqlama verib.
90plus.az xəbər verir ki, 26 yaşll uruqvaylı yarımmüdafiəçi bunun heç vaxt olmayacağını deyib:
”Heç vaxt “Real Madrid”dən ayrılmayacam. Məni göndərmək istəsələr, gərək məni öldürsünlər. “Real”a sevgimi heç nə ilə müqayisə edə bilmirəm".
Qeyd: Federiko Valverde 18 yaşından 2017-ci ildən etibarən "Real"ın əsas komandasında oynayır. Müdafiəyə meylli yarımmüdafiəçi 200 oyun keçirib, 19 qolu da var.
© Copyright 2026, All Rights Reserved