Gürcü futbolçular 10 milyon dollardan artıq qazanıblar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə futbol komandasının qazancı barədə məlumat verib.
90plus.az xəbər verir ki, nazir milli oyunçularının 10 milyon dollardan çox mükafat aldıqlarını deyib:
"Gürcüstan millisinin futbolçuları Almaniyada keçirilən Avropa çempionatının pley-off mərhələsinə çıxdıqlarına görə vəd olunan 30 milyon lari (10 milyon dollardan çox) mükafatı artıq alıblar. Qrupdan çıxmaq üçün nəzərdə tutulan ilk 30 milyon artıq milli komandaya transfer olunub".
Milli komandanın oyunçuları ilə görüşdə onlara növbəti oyun üçün də belə bir mükafatın veriləcəyi xatırladılıb.
Qeyd: Gürcüstan 1/8 finalda iyunun 30-da İspaniya yığması ilə qarşılaşacaqlar.
© Copyright 2026, All Rights Reserved