Gürcüstanın çalışdırıcısı: “Niyə himnimizə fit çaldılar?”
Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Avropa çempionatının final mərhələsinin I turunda Türkiyəyə (1:3) məğlub olduğu oyundan sonra fikirlərini bildirib.
90plus.az xəbər verir ki, mütəxəssis komandanın çıxışı ilə fəxr etdiyini söyləyib:
"Belə turnirlərdə qələbə qazanmaq üçün komandada bir az istedad və təcrübə çatışmır.
Uduzmaq heç vaxt xoş deyil, amma biz gürcü futbolunu bu qədər müsbətə çevirdiyimiz üçün öz performansımızla fəxr edə bilərik. Düşünürəm ki, sonda Türkiyə qədər şansımız oldu".
"Möhtəşəm ab-hava var idi. Ancaq türk azarkeşlər niyə Gürcüstanın İstiqlal Himninə fit çaldı? Mən bunu başa düşə bilmədim. Gürcüstan həmişə Türkiyənin İstiqlal himninə hörmətlə yanaşıb. Biz onlardan bu hörməti gözləyirdik".
Mənbə: UEFA
© Copyright 2026, All Rights Reserved