Hans Flik: “3 yarışdan da titula ümidliyik”
"Barselona"nın baş məşqçisi Hans Flik oyun təqvimi və komandanın hədəfləri haqda danışıb.
90plus.az xəbər verir ki, 60 yaşlı alman mütəxəssis yarışdıqları 3 turnirdə də (Çempionlar Liqası, La Liqa, Kral Kuboku) titulu hədəflədiyini gizlətməyib:
"Son bir neçə oyunumuzdan əvvəl cəmi bir məşq keçirdik. Buna baxmayaraq, komanda çox yaxşı çıxış etdi. Gərgin oyun təqvimi bəraət ola bilməz. Hər növbəti matça köklənməliyik. Təqvimi biz seçmirik, bununla barışmalıyıq. Əlimizdən gələni edəcəyik.
"Hər 3 turnirdə titul uğrunda mübarizə aparacağıq. Mövsüm başlayanda heç kim bunu gözləmirdi. Komanda yaxşı nəticələr qazanıb".
Qeyd: "Barselona" kubokun yarımfinalının ilk oyununda "Atletiko Madrid" ilə 4:4 hesablı heç-heçə edib. Çempionlar Liqasında 6 mart tarixində 1/8 finalda "Benfika"ilə qarşılaşacaq. İspaniya La Liqasında isə liderdir.
📰: Mundo Deportivo
© Copyright 2026, All Rights Reserved