"Hara vuracaqlarını əvvəldən bilirdim" - Tiaqo Silva
"Hara vuracaqlarını əvvəldən təhlil etmişdim".
90plus.az xəbər verir ki, bu sözləri "Zirə"nin qapıçısı Tiaqo Silva Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Osiyek"lə matçdan sonra deyib:
"Yaxşı çempionatı təmsil edən və futbol ölkəsindən gələn bir kollektivə qarşı mübarizə aparıb, layiqli qələbə qazandıq. Bunun üçün xoşbəxtik. Təhlillərə əsasən, ilk 3 penaltini hara vuracaqlarını bilirdim. Amma son ikisi öz hissiyyatımla bağlıdır. Onlar hər həftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar.Nəticədən məmnunuq. Pley-offda “Omoniya” ilə oyunlara köklənməliyik. Mənə bildirdi ki, “Şerif”lə keçirdiyimiz penaltilər seriyasında o qədər də məmnun qalmayıb. Baş məşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Mən bunu pozitiv qəbul edirəm. Bəlkə də bunun nəticəsidir ki, penaltilər seriyasında uğurlu oldum".
© Copyright 2026, All Rights Reserved