"Həmin oyun ilk oyunun idi" - Kalzone
Slovakiya millisinin baş məşqçisi Françesko Kalzone 2 il əvvəlki Azərbaycana məğlubiyyəti haqqında danışıb
90plus.az həmin müsahibəni təqdim edir:
"Həmin oyun komanda ilə ilk matçlarımdan idi. Hələ komanda quruculuğunun əvvəlində idik. Oyunun gedişatını çox yaxşı xatırlayıram. Bu dəfə Koşitsedə tamam ayrı oyun olacaq. Biz buna ciddi yanaşmalıyıq, çünki Avropa futbolu yeni səviyyəyə çıxır. Biz taktiki və əqli cəhətdən xeyli inkişaf etmişik. Amma biz daha yaxşı olmalıyıq, çünki digər komandalar da inkişaf edir. Biz nail olduğumuzdan tam razı qalsaq, digərləri bizi gəlib keçəcəklər”.
Qeyd: Sabah keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved