İdmançılarımız erməni komandasına qalib gəldi
Azərbaycanın stolüstü tennisçiləri Malmö şəhərində yeniyetmələr arasında baş tutan Avropa çempionatında Ermənistan komandasına qalib gəlib.
90plus.az xəbər verir ki, 19 yaşadək oğlanların komanda yarışlarında Ermənistan seçməsi ilə qarşılaşan 16 yaşlı stolüstü tennisçilərimiz gərgin mübarizə şəraitində keçən görüşdə 3-1 hesabı ilə qələbə qazanıb.
Qeyd: U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatına iyulun 21-də yekun vurulacaq.
© Copyright 2026, All Rights Reserved