"İndidən göydə uçmayaq“ Renduliç
"Sabah"ın çalışdırıcısı Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi" ilə cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, xorvat məşqçi "Makkabi"nin daha üstün olduğunu bir daha vurğulayıb.
"Yeni mövsümün ilk ev oyununa çıxırıq. Çox təhlükəli komandaya qarşı oynayacağıq. "Makkabi" əla komandadır. Səfərdəki qələbəyə baxmayaraq, onları cütümüzün favoriti hesab edirəm. Mübarizəmizin birinci mərhələsi bitdi, sabah ikincisi olacaq. İrəliləmək üçün daha da yaxşı oynamalıyıq. Əgər görüşün ilk dəqiqələrindən müdafiə haqda fikirləşsək, bizim üçün pis olar".
Renduliç komandanın sabiq oyunçusu Aleksey Kaşukun Bakıya “Sabah”la danışıq üçün gəlmədiyini də bildirib: "O,bizim maraq dairəmizdə deyil. Bizim başqa işlərimiz var".
Konfrans Liqasındakı hədəflər haqda: "İndidən göydə uçmayaq, ayaq üstə möhkəm dayanmalıyıq. İndi əsas odur ki, sabah yaxşı çıxış edək və yalnız bundan sonra növbəti rəqibimiz haqqında düşünəcəyik. Hər şeyi addım-addım etməliyik".
Qeyd: Sabah "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Makkabi" matçı saat 20:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved