"İnter" 1/8 finalda dayandı
FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “İnter” və “Fluminense” klubları "Bank of Amerika" stadionunda üz-üzə gəlib.
90plus.az xəbər verir ki, Braziliya təmsilçisi “Fluminense” qarşılaşmanı 2:0 hesabı ilə qalib başa vuraraq turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Cənubi Amerika klubuna qələbə qazandıran qolları oyunun 3-cü dəqiqəsində Herman Kano və 90+4-cü dəqiqədə Herkules vurub. “İnter”in heyətində çıxış edən milli futbolçumuz Hakan Çalhanoğlu zədə səbəbindən görüşdə iştirak etməyib.
Bu nəticə ilə İtaliya nəhəngi turnirdə mübarizəni erkən dayandırmalı olub. “Fluminense” isə 1/4 finalda “Mançester Siti” – “Əl-Hilal” duelinin qalibi ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved