İran DÇ-2026-ya vəsiqə qazandı
İran Milli futbol komandası Dünya Çempionatı 2026-ya vəsiqə qazanan 6-cı ölkə oldu.
90plus.az xəbər verir ki, Özbəkistanla 2:2 hesablı heç-heçə edən farslar 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində iştirak hüququ qazanıblar.
İran dünya çempionatında ardıcıl dördüncü, ümumi hesabda isə yeddinci dəfə iştirak edəcək.
48 komandanın iştirak edəcəyi turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Finalçılar:
Yaponiya
ABŞ ( ev sahibi)
Kanada ( ev sahibi)
Meksika ( ev sahibi)
Yeni Zelandiya
İran.
© Copyright 2026, All Rights Reserved