İtaliya kubokunda hadisə: 15 nəfər yaralandı
İtaliyada Derbi oyununda hadisə yaşanıb.
90plus.az xəbər verir ki, İtaliya Kuboku 2-ci turunda "Cenoa" ilə "Sampdoria" Cenova derbisində qarşı-qarşıya gəldi.
Normal vaxtı 1-1 bərabərliklə tamamlandıqdan sonra "Sampdoria" rəqibi "Cenoa" üzərində penaltilərdə 6-5 üstünlük qazanaraq növbəti mərhələyə yüksəldi. Derbidən əvvəl və sonra azarkeşlər arasında qarşıdurmalar baş verdi.
İtalyan mətbuatında yer alan xəbərlərə görə, Cenova şəhərində matçdan əvvəl başlayan gərginlikdə zaman-zaman iki komandanın azarkeşləri bir-birləri və təhlükəsizlik qüvvələri ilə üz-üzə gəldi.
15 NƏFƏR YARALANDI
Təhlükəsizlik qüvvələrinin bibər qazı və su şırnağı ilə müdaxilə etdiyi azarkeşlər məşəl və daş ataraq cavab verdi.
İki komandanın azarkeşləri arasındakı toqquşmalar derbi matçından sonra stadion ətrafındakı küçələrdə də davam etdi. Baş verən hadisələrdə 15 nəfərin yaralandığı və ən azı 2 nəfərin həbs edildiyi barədə məlumatlar mətbuata əks olundu.
Hadisələr nəticəsində bəzi küçələrin adətən döyüş meydanına çevrildiyi bildirildi.
© Copyright 2026, All Rights Reserved