İtaliya mediası "İnter"in müdafiəçisini "Qalatasaray"a yazdı
Yeni mövsümə "Qaziantep FK" üzərində 3:0 hesablı qələbə ilə başlayan son çempion "Qalatasaray" transfer çalışmalarını sürətləndirib. Sarı-qırmızılılar sağ cinah müdafiəçisi mövqeyinə yeni futbolçu axtarışındadır. Bu kontekstdə İtaliyadan sürpriz bir iddia gündəmə gəlib.
90plus.az xəbər verir ki, İtalyan jurnalist Matteo Morettonun məlumatına görə, "Qalatasaray" rəhbərliyi "İnter"də çıxış edən fransalı ulduz Benjamen Pavar üçün hərəkətə keçib. Klub futbolçunu icarəyə götürmək niyyətindədir və "İnter"lə ilkin təmaslar artıq qurulub.
Fransa millisinin müdafiəçisi olan 28 yaşlı Pavar ötən mövsüm "İnter"in heyətində 37 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər tərəfdən, "Qalatasaray" rəhbərliyi keçmiş futbolçusu Saşa Boey ilə də danışıqları davam etdirir, lakin alternativ plan olaraq Pavar transferi üzərində ciddi şəkildə dayanılıb.
© Copyright 2026, All Rights Reserved