Karlo Ançelotti: "Real Madrid"də əsas problem odur ki..."
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının oyundakı problemlərindən bu danışıb.
90plus.az xəbər verir ki, italiyalı çalışdırıcı komandanın çox sayda qol buraxdığını və ümumi oyunun keyfiyyətində geriləmə olduğunu qeyd edib:
"Vinisiusun durumu? Bu barədə danışmaq asan deyil. Son həftələrdə yalnız fərdi futbolçuların deyil, bütövlükdə komandanın oyununda geriləmə hiss olunur. Son matçlarda qapımızdan çox top buraxırıq və bu, dayandırılmalıdır. Ən vacibi isə odur ki, əsas oyunçular artıq əvvəlki kimi komandaya təsir göstərə bilmirlər".
Hazırda "Real" 63 xalla La Liqada ikinci pillədə qərarlaşıb və lider "Barselona"dan 7 xal geri qalır.
Qeyd: Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk qarşılaşmasında Ançelottinin komandası səfərdə “Arsenal”a 0:3 hesabı ilə məğlub olmuşdu. Cavab görüşü isə hələ qarşıdadır.
© Copyright 2026, All Rights Reserved