Kenan Yıldız “Kopa Trofi”yə 10 namizəddən biridir
“Yuventus”un gənc ulduzu Kenan Yıldız “Kopa” mükafatına namizədlər siyahısında yer alır.
90plus.az xəbər verir ki, “Yuventus” klubunun hücumçusu Kenan Yıldız 2025-ci il “Kopa” mükafatına namizəd göstərilib. 20 yaşlı futbolçunun adı avqustun 7-də “France Football” tərəfindən açıqlanan 10 nəfərlik siyahıya daxil edilib.
“Kopa” mükafatı 2018-ci ildən etibarən hər il 21 yaşadək olan dünyanın ən yaxşı futbolçusuna təqdim olunur. Fransalı əfsanə Raymond Kopa şərəfinə adlandırılan bu mükafatın qalibini “Qızıl top”un keçmiş sahiblərindən ibarət münsiflər heyəti müəyyənləşdirir. Onlar ilin gənc oyunçularının istedadını, çıxışını və potensialını qiymətləndirirlər.Kenan Yıldız ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 52 oyuna çıxaraq 12 qol vurub, 9 məhsuldar ötürmə verib. O, bu il “A Seriya”dan siyahıya düşən yeganə futbolçudur. Yıldızla yanaşı, keçmiş komanda yoldaşı, mövsümün əvvəlində “Yuventus Next Gen”dən “Bornmut”a, oradan isə “Real Madrid”ə transfer olunan Dean Xuyssen də namizədlər arasındadır.
2025-ci il “Kopa” mükafatına namizədlərin tam siyahısı:
Qeyd: mükafat Parisdə, sentyabrın 22-də “Teatr du Şatle”də keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. Ötən ilin qalibi Lamin Yamal bu il də favoritlərdən sayılır.
© Copyright 2026, All Rights Reserved