Kerem Aktürkoğlu: "Bütün xalqımızdan üzr istəyirəm"
Türkiyə millisinin oyunçusu Kerem Aktürkoğlu Uelslə matçdan (0-0) sonra üzüntüsünü paylaşıb.
90plus.az xəbər verir ki, Türkiyə millisi Millətlər Liqasında 5-ci tur çərçivəsində Uels millisini qəbul edib. Matç 0-0 hesabı ilə başa çatıb. Matçın son anlarında Türkiyə millisi penalti vurmaq haqqı qazansa da, Kerem Aktürkoğlu bu fürsəti boşa verib.
Oyundan sonra futbolçu bu sözləri deyib:
”Təəssüf ki, buradan qələbə ilə ayrıla bilmədik. A Liqasına düşə bilmədik. Qaçırdığım penaltiyə görə komanda yoldaşlarımdan və bütün xalqımızdan üzr istəyirəm. Çernoqoriya matçında əlimizdən gələni edib, qrupdan lider olaraq çıxmaq istəyirik”.
© Copyright 2026, All Rights Reserved