Kerem Aktürkoğlu “Fənərbağça”ya gələ bilmir
Kerem Aktürkoğlu transferi risk altında – “Fənərbağça” təklifini geri götürdü.
90plus.az xəbər verir ki, “Fənərbağça”nın transfer planında ciddi problem yaşanır. Klub Kerem Aktürkoğlu üçün “Benfika” ilə 22,5 milyon avro + bonuslar müqabilində razılıq əldə etsə də, sonradan təklifini geri çəkib.
Buna cavab olaraq futbolçunun uçuş planı ləğv olunub və “Benfika” danışıqlara ara verərək vəziyyətə sərt reaksiya göstərib.
Bundan sonra “Fənərbağça”nın 18 milyon avroluq yeni təklifi isə “Benfika” tərəfindən qiymətləndirilməyib.
Hazırda transferin gələcəyi qeyri-müəyyən olaraq qalır.
© Copyright 2026, All Rights Reserved