"Kim gəlir-gəlsin" Montella
Türkiyə millisinin çalışdırıcısı Vinçentso Montella Avropa çempionatının sonuncu qrup oyununda Çexiyanı 2-1 məğlub etdikləri matçı şərh edib.
90plus.az xəbər verir ki, Montella komandasının mübariz ruhundan danışıb: "Bu uğura görə çox şadam. Hamımız çox xoşbəxtik. 1/8 finaldakı rəqib Avstriyanı tanıyırıq. Hər kəsin belə revanş ruhuna sahib olması məni sevindirir. Mən də buna inanıram. Ancaq bundan sonra kim gəlir-gəlsin, fərq etməz. Komanda çox yaxşı oyun keçirdi. Xüsusən də fiziki cəhətdən mükəmməl idik. Sona qədər mübarizə aparmayan futbolçu tapa bilməzsiniz. Sona qədər döyüşən komandamız var. Yaxşı hazırlaşacağıq. Bundan sonra daha fərqli yarış başlayır".
Qeyd: F qrupunu 2-ci kimi bitirən və 1/8-ə yüksələn Türkiyənin buradakı rəqibi Avstriya olacaq. Matç 2 iyul saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved