Klublararası Dünya Çempionatında 1/4 final cütlükləri bəlli oldu
ABŞ-da keçirilən FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsi başa çatıb.
90plus.az xəbər verir ki, artıq 1/4 finala yüksələn komandalar və qarşılaşmalar müəyyənləşib. Bu mərhələdə Avropa klublarından 5, Braziliyadan 2 və Səudiyyə Ərəbistanından 1 komanda növbəti mərhələyə vəsiqə qazanıb.
1/8 finalın ən böyük sürprizi isə “Əl-Hilal”ın güclü rəqibi “Mançester Siti”ni əlavə vaxtda 4:3 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırması oldu. Digər diqqətçəkən nəticələrdən biri də “Fluminense”nin İtaliya təmsilçisi “İnter”i 2:0 hesabı ilə üstələməsi idi.
UEFA Çempionlar Liqasının son qalibi olan PSJ argentinalı ulduz Lionel Messinin formasını geyindiyi ABŞ təmsilçisi “İnter Mayami”yə şans vermədi və 4:0 hesablı inamlı qələbə ilə adını 1/4 finala yazdırdı.
Türkiyəli futbolçuların üz-üzə gəldiyi oyunda isə Arda Gülərin çıxış etdiyi “Real Madrid” Kenan Yıldızın formasını geyindiyi “Yuventus”u 1:0 hesabı ilə məğlub etdi. Digər türkiyəli oyunçular – Kerem Aktürkoğlu və Orkun Kökçünün komandası “Benfika” isə “Çelsi”yə əlavə vaxtda 1:4 hesabı ilə uduzaraq turnirdən kənarda qaldı.
“Palmeyras” – “Botafogo”: 1–0
“Benfika” – “Çelsi”: 1–4
PSJ – “İnter Mayami”: 4–0
“Flamenqo” – “Bayern Münhen”: 2–4
“İnter” – “Fluminense”: 0–2
“Mançester Siti” – “Əl-Hilal”: 3–4
“Real Madrid” – “Yuventus”: 1–0
“Borussiya Dortmund” – “Monterrey”: 2–1
4 iyul, cümə axşamı
22:00 – “Fluminense” – “Əl-Hilal”
5 iyul, cümə günü
04:00 – “Palmeyras” – “Çelsi”
19:00 – PSJ – “Bayern Münhen”
23:00 – “Real Madrid” – “Borussiya Dortmund”
© Copyright 2026, All Rights Reserved