Klubunu yaxşı tanımadığı üçün cəza “yedi”
“Strasbur” komandasının hücumçusu və kapitanı Emanuel Emeqha daxili intizam səbəbilə növbəti oyunda komandadan kənarlaşdırılıb.
90plus.az xəbər verir ki, Emanuel Emeqha bir oyunluq cəzalandırıldı
Klubun rəsmi açıqlamasına görə, hollandiyalı forvard “Tuluza” ilə Liqa 1 görüşünü buraxacaq. Qərarın səbəbi futbolçunun klubun “dəyərlərinə, gözləntilərinə və qaydalarına əməl etməməsi” ilə əlaqələndirilib:
“Bu qərar futbolçunun son günlər klubun prinsiplərinə uyğun davranmaması səbəbilə verilib. Emanuel komandanın vacib üzvüdür, meydanda həmişə maksimumunu verib. Matçdan sonra yenidən komandaya qaytarılacaq. Bu mövzuda əlavə şərh verilməyəcək.”
Cəzanın səbəbi: İnanılmaz etiraf
Fransada yayılan məlumatlara görə, cəzanın mərkəzində Emeqhanin klubla bağlı verdiyi fikir durur. Bildirilir ki, futbolçu transferi zamanı “Strasburu Almaniyada olan klub hesab etdiyini” etiraf edib. Bu açıqlama klun rəhbərliyinin narazılığına səbəb olub və nəticədə intizam qərarı verilib.
Gələn mövsüm “Çelsi”də
Qeyd: Emeqha artıq gələn yay “Çelsi”yə keçəcək oyunçu kimi təsdiqlənib. London təmsilçisi onun transfer hüquqlarını əldə edib və 2025-ci ilin yayında heyətinə qatacaq.
© Copyright 2026, All Rights Reserved