Konfrans Liqası: “Başakşəhər” uduzdu
“Başakşəhər”in yeni transferi Abbosbek Fayzullayev ilk oyununa Konfrans Liqasında çıxdı.
90plus.az xəbər verir ki, İstanbul klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə öz meydanında Rumıniya təmsilçisi “Universitatea Krayova”ya 1:2 hesabı ilə uduzub.
Başakşəhər 1 - 2 Universitatea Kraiova
Cicaldau 45+2’
Mora 61’
Ebosele 87’
Matçın 76-cı dəqiqəsində Dəniz Türüçün əvəzinə meydana daxil olan özbək futbolçu Abbosbek Fayzullayev “Başakşəhər” forması ilə ilk rəsmi oyununu keçirib.
Qeyd: “Başakşəhər” onun transferi üçün Rusiya klubu “ÇSKA Moskva”ya 7,5 milyon avro ödəyib. Bu, klub tarixində ən yüksək transfer xərci kimi qeydə alınıb.
© Copyright 2026, All Rights Reserved