Konfrans Liqası: Cəlal Hüseynovun komandası dayandı
Cəlal Hüseynovun komandası avrokuboklarla vidalaşdı.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində Bolqarıstanın “Arda” klubu mübarizəni dayandırıb.
Kırcalı təmsilçisi cavab oyununda Polşanın “Rakuv” klubunu qəbul edib və 1:2 hesabı ilə məğlub olub. İlk görüşdə də 0:1 uduzan “Arda” iki oyunun nəticəsinə görə ümumi hesabla 1:3 geridə qalıb və avrokuboklarla vidalaşıb.
Qollar:
2’ – Barath (“Arda”)
59’ – A. Vutov (pen., “Arda”)
90+3’ – İvi (“Rakuv”)
Azərbaycan millisinin üzvü Cəlal Hüseynov qarşılaşmaya start heyətində çıxıb və sonadək meydanda olub.
🔗 Daha çox xəbər üçün: 90plus.az
© Copyright 2026, All Rights Reserved