Konfrans Liqası: Gecənin qalibləri, məğlubları
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekunlaşıb. Eyni gündə keçirilən dörd qarşılaşmada meydan sahibləri üstünlük əldə ediblər.
90plus.az xəbər verir ki, “Rayo Valyekano” doğma azarkeşləri önündə "AEK Afinan"ı 3:0 hesabı ilə məğlub edərək cavab görüşü üçün böyük üstünlük qazanıb.
“Şaxtyor” da “AZ Alkmaar”la oyunda eyni nəticəyə imza atıb — Ukrayna təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
İngiltərədə “Kristal Pelas” İtaliya klubu “Fiorentina”nı 3:0 hesabı ilə darmadağın edərək yarımfinal yolunda önəmli addım atıb.
Günün yeganə 2 toplu qələbəsi Almaniyada qeydə alınıb. “Maynts” “Strasbur” üzərində 2:0 hesablı qələbə qazanaraq üstünlüyü ələ keçirib.
Beləliklə, ilk matçlardan sonra “Rayo Valyekano”, “Şaxtyor”, “Kristal Pelas” və “Maynts” cavab oyunları öncəsi əlverişli vəziyyətdədir.
ℹ️ Cavab görüşləri aprelin 16-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved