Konfrans Liqası, ilk oyunlar: “Samsunspor” qalib gəldi
UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.
"Samsunspor" qələbə qazanıb.
90plus.az xəbər verir ki, Şimali Makedoniyada keçirilən görüşdə Türkiyə təmsilçisi "Samsunspor" səfərdə "Şkendiya" üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə Marius Mouandilmadji vuraraq komandasına üstünlük qazandırıb.
Finlandiyada baş tutan digər qarşılaşmada isə azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi "KuPS – Lex" duelində qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Ağayev 12-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Joslyn Luyeye-Lutumbaya birbaşa qırmızı vərəqə göstərərək onu oyundan kənarlaşdırıb. Referi 88-ci dəqiqədə hər iki komandadan bir oyunçuya da sarı vərəqə göstərib.
Pley-off mərhələsinin bütün ilk oyunlarının nəticələri:
KuPS – Lex 0:2
Noa – Alkmar 1:0
Zrinski – Kristal Pelas 1:1
Siqma – Lozanna 1:1
Yagelloniya – Fiorentina 0:3
Şkendiya – Samsunspor 0:1
Drita – Çelye 2:3
Omoniya – Riyeka 0:1
Qeyd: Cavab qarşılaşmaları 26 fevralda keçiriləcək.
© Copyright 2026, All Rights Reserved