Konfrans Liqasında uduzan Samir Abasov: “Kimi salaq oyuna?”
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a məğlub olub mübarizəni dayandırdıqları oyun haqda danışın.
90plus.az xəbər verir ki,mütəxəssis komandanın heyəti ilə bağlı problemi önə çəkib:
"Bura böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Heyəti qura bilməmişik. Ümumiyyətlə, bu turnirə hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması... 2-3 gün ərzində çox şeyi dəyişib oyuna çıxmalı idik. Futbolçular əllərindən gələni etdilər. Onlara təşəkkür edirəm, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.
Bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan. Yeni transferlərimizdən Slavko Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir".
Qeyd: "Sumqayıt"ın növbəti oyunu avqustun 3-ü saat 20:45-də Misli Premyer Liqasında "Kəpəz"ə qarşı olacaq.
© Copyright 2026, All Rights Reserved