Kvaranın reallaşan arzuları... Film kimi

Gürcüstan millisinin ulduzu Xviça Kvaratsxeliya Portuqaliyanı (2-0) məğlub etdikləri matçdan sonra ürək sözlərini bölüşüb.
90plus.az xəbər verir ki, Xviça xoşbəxt olduğunu dilə gətirib: "Kristiano Ronaldonun formasını aldım və 1/8-ə yüksəldik. Həyatımın ən gözəl günüdür. Çox xoşbəxtik. Tarix yazdıq. Ronaldo bütün dövrlərin ən yaxşı oyunçularından biridir. Matçın əvvəlində məni salamladı və uğurlar arzuladı. Bu, əla idi

".

2013-cü ildə Kristiano Ronaldo Tiflis "Dinamo"sunun akademiyasını ziyarət edəndə azyaşlı oyunçular arasında tanış bir ad da var idi -
Kvara
...
Xviça Kvaratsxeliya dünən gecə öz idealına qarşı qol vurdu, formasını aldı, komandasını qrupdan çıxardı və matçın ən yaxşısı seçildi
! Film kimi!



Bu da Xviça Kvaratsxeliyanın idealı, Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo ilə matç sonrası gözəl anları...VİDEO:
https://t.me/doxsanplus/85067


© Copyright 2026, All Rights Reserved