L.Enrike: "Mətbuata görə maaşımın yarısından imtina etməyə razıyam"
Enrike mətbuatın suallarından bezdiyini dilə gətirib.
90plus.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrike, mətbuat konfranslarına qatılmamaq və jurnalistlərlə ünsiyyətdə olmamaq üçün maaşının yarısından imtina edə biləcəyini bildirib.
"Ren" ilə oynayacaqları çempionat oyunu öncəsi təşkil olunan mətbuat konfransında çıxış edən ispaniyalı baş məşqçi belə deyib: "Əgər mənə mətbuatla danışmayacağıma, ünsiyyətdə olmayacağıma və maaşımı 25%, hətta 50% azaltmağa dair sənəd imzalamağımı desəniz, heç düşünmədən dərhal imzalaram."
"MÜQAVİLƏLƏRƏ BUNU DAXİL EDİRLƏR"
"Bundan qaça bilsəydim, qaçardım." - deyə Luis Enrike əlavə edib. "Lakin bundan qaça bilmirəm, çünki klublarla imzalanan müqavilələrdə baş məşqçinin mətbuatla danışmalı olduğuna dair şərtlər var."
"BİR NEÇƏ DİLDƏ DANIŞA BİLİRƏM"
Luis Enrike sözlərini belə bitirib: "Danışmağı sevirəm. Bir neçə dildə danışa bilirəm. Ancaq mətbuatla danışmağa daha enerjim qalmayıb."
ENRİKENİN İLLİK MAAŞI NƏ QƏDƏRDİR?
Luis Enrike illik 9.5 milyon avro qazanır.
© Copyright 2026, All Rights Reserved