"Lester"dən Premyer Liqada "tarixi nəticə"
İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul"a uduzan "Lester" İngiltərə futbol tarixində nadir rast gəlinən bir rekorda imza atıb.
90plus.az xəbər verir ki, "tülkülər" ardıcıl olaraq doqquzuncu ev oyununda da rəqib qapısından top keçirə bilməyib. Bu, Premyer Liqa tarixində ilk dəfə baş verir.
Bundan öncə bu "rekorda" 1976/77 mövsümündə ardıcıl 8 ev matçında qol vurmağı bacarmayan "Sanderlend" sahib idi.
Həmin komanda "Mançester Siti", "Nyukasl", "Çelsi", "Vest Hem", "Mançester Yunayted", "Brentford", "Arsenal", "Everton" və "Liverpul" qarşısında ümumilikdə 0:21 hesabı ilə məğlub olub.
Qeyd: "Liverpul"la oyundakı məğlubiyyət "Lester"in Premyer Liqanı vaxtından əvvəl tərk etməsi ilə nəticələnib.
© Copyright 2026, All Rights Reserved