“Lester”in kapitanı: “Canım ağrıyır… üzr istəyirəm”
İngiltərə Premyer Liqasını tərk edən “Lester Siti”nin kapitanı Ceymi Vardi mövsümü "bədbəxt" və "biabrçı" olaraq xarakterizə edib.
90plus.az xəbər verir ki, son oyunda "Liverpul"a 0-1 uduzması ilə dərhal "Çempionşip"ə yuvarlanması təsdiqlənən "Tülkülər"in futbolçusu Vardi bununla bağlı sosial şəbəkə hesabında yazır:
"Bu mövsümün gedişatı ilə bağlı hiss etdiyim qəzəb və kədəri ifadə edə biləcək bir sözüm belə yoxdur. Futbolçular və klub olaraq birlikdə uğursuz olduq. Bu mövsüm mənim üçün tam bir rüsvayçılıq idi. Canım ağrıyır və sizin də bunu hiss etdiyinizi bilirəm. 2025 mövsümünü belə biabırçı performansla başa vurduğumuz üçün üzr istəyirəm”.
© Copyright 2026, All Rights Reserved