Levandovski "El Klassiko"da olmayacaq
"Barselona" klubunun hücumçusu Robert Levandovski La Liqanın 32-ci turunda "Selta" ilə qarşılaşmada (4:3) zədə alıb.
90plus.az xəbər verir ki, polşalı hücumçunun Kataloniya təmsilçisinin önəmli oyunlarında iştirak edə bilməyəcəyi ehtimal olunur. Onun ən azı üç həftə meydanlardan uzaq qalması mümkündür.
Levandovskinin 26 aprel tarixində “Real Madrid”ə qarşı keçiriləcək Kral Kubokunun final qarşılaşmasını buraxacağı gözlənilir.
Təcrübəli futbolçunun Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”lə olacaq oyunlarda (30 aprel və 6 may) iştirak şansı da olduqca azdır.
© Copyright 2026, All Rights Reserved