Levandovski Luka Toniyə çatdı
Robert Levandovski Luka Toninin rekordunu təkrarladı.
90plus.az xəbər verir ki, polşalı hücumçu XXI əsrdə 36 yaşı tamam olandan sonra Avropanın TOP-5 liqalarında bir mövsüm ərzində 20-dən çox qol vurmağı bacaran ikinci futbolçu oldu.
"Barselona" klubunun forvardı bunu La Liga çərçivəsində keçirilən "Osasuna" ilə matçda (3:0) fərqlənməklə bacarıb.
Luka Toni 2014/15 mövsümündə 36+ yaşdan sonra "Verona"nın heyətində Serie A-da 22 qol vurmuşdu.
Ronaldo 2020/21 mövsümündə "Yuventus" formasında Serie A-da 29 dəfə rəqib qapısına yol tapsa da, 2021-ci ilin fevralında 36 yaşı tamam olduğu üçün statistikada yer almayıb.
© Copyright 2026, All Rights Reserved