Əliyar Ağayev və Elçin Məsiyev Konfrans Liqasında
Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan növbəti təyinatlarını alıblar.
90plus.az xəbər verir ki, hər iki hakim bu dəfə Konfrans Liqası çərçivəsində oyunlara çıxacaq.
Əliyar Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın “Polesye” komandası ilə İtaliyanın “Fiorentina” komandası arasında baş tutacaq ilk oyuna rəhbərlik edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcək, dördüncü hakim vəzifəsini isə Kamal Umudlu icra edəcək.
Elçin Məsiyev isə Sloveniyada “Selye” və Çexiyanın “Banik Ostrava” komandaları arasındakı qarşılaşmanı idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Hər iki matç avqustun 21-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved