Martines: "Bacarmadıq"
Portuqaliya millisinin çalışdırıcısı Roberto Martines Avropa çempionatının sonuncu qrup oyununda Gürcüstana 2-0 hesabı ilə məğlub olduqları matçı şərh edib.
90plus.az xəbər verir ki, Martines gürcüstan millisinin gücündən danışıb:
"Qol vurmağa çalışdıq, amma bacarmadıq. Bu, Gürcüstan millisinin qələbəyə layiq olduqlarına inandırdı. Aşağı intensivliklə başladıq, erkən qol buraxdıq və bu, Gürcüstana lazım idi. Qapı qarşısında kifayət qədər kəskin deyildik və rəqib qapıçı heyrətamiz performans nümayiş etdirdi".
Qeyd: F qrupunu lider kimi bitirən Portuqaliya millisi Avro-2024-ün 1/8 finalında Sloveniya ilə qarşılaşacaq. Matç 1 iyul saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved