Mbappenin burnunu sındıran üzrü gəldi
Avstriya millisinin üzvü Kevin Danso Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Fransanın hücumçusu Kilian Mbappeni zədələdiyi üçün üzr istəyib.
90plus.az xəbər verir ki, Danso ilə toqquşmadan sonra Mbappenin burnu sınıb və Kevin bu hadisənin baş verdiyinə görə təəssüfləndiyini söyləyib:
"Təəssüf ki, pis nəticə qazandıq. Bununla belə, komandamızla, azarkeşlərlə və öz oyunumla fəxr edirəm. İnanılmaz dəstək üçün hamınıza təşəkkür edirəm.
Fransalı azarkeşlərə isə bunları demək istəyirəm: Bu hadisəyə görə üzr istəyirəm. Kilian Mbappenin zədələnməyinə görə çox təəssüflənirəm. Ona tez sağalmağı arzulayıram. Ümid edirəm ki, o, tezliklə meydana qayıdacaq”.
© Copyright 2026, All Rights Reserved