Messidən zədə ilə bağlı açıqlama: "Utanc vericidir"
"İnter Mayami"nin hücumçusu Lionel Messinin zədələnməsi ilə bağlı açıqlama verilib.
90plus.az xəbər verir ki, 37 yaşlı argentinalı futbolçu MLS çərçivəsində keçirilən "Atalanta Yunayted"lə son oyunda xəsarət alıb. Görüş Mayami təmsilçisinin qələbəsi ilə tamamlanıb və Messi bu qarşılaşmada fərqlənməyi bacarıb.
Bundan əlavə, təcrübəli hücumçu DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya ilə oyunlar üçün Argentina millisinin heyətinə daxil edilməyib. Messi bu vəziyyətin onu məyus etdiyini bildirib:
“Uruqvay və Braziliya ilə vacib matçları buraxmaq mənim üçün çox üzücüdür. Həqiqətən də oynamaq istəyirdim, amma yüngül zədə səbəbindən komandaya qoşula bilməyəcəyəm. Bir azarkeş kimi dəstək olacağam. İrəli, Argentina!”
"İnter Mayami" də futbolçunun vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb. Klubun məlumatına görə, Messinin əzələlərinin durumu MRT müayinəsi ilə yoxlanılıb. O, “Atalanta” ilə görüşdə narahatlıq hiss edib. Müayinə nəticəsində əlavəedici əzələdə yüngül zədə aşkar olunub. Hazırda onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyi məlum deyil.
© Copyright 2026, All Rights Reserved