"Milan" baş məşqçisini istefaya göndərir
"Milan" klubunun baş məşqçisi Serxio Konseysao cari mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.
90plus.az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisin 2026-cı ilin iyununa qədər olan müqaviləsinə baxmayaraq onunla əməkdaşlığı davam etdirmək niyyətində deyil.
2024-cü ilin dekabrında "Milan"ın sükanı arxasına keçən 50 yaşlı çalışdırıcının rəhbərliyi altında komanda ümumilikdə 24 oyuna çıxıb. Bu matçlardan 11-də qələbə qazanıb, 5-də bərabərlik əldə edib və 8 dəfə uduzub. "Çelsi" klubundan icarəyə gələn portuqaliyalı futbolçu Joao Feliks də komandadan ayrılacaq.
Xatırlatma: "Milan" A Seriyasının 33 turundan sonra 51 xalla turnir cədvəlində 9-cu yerdədir.
© Copyright 2026, All Rights Reserved